Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycan iqtisadiyyatı ABŞ şirkətləri üçün olduqca cəlbedicidir".
Moderator.az "Report"a istinadla xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.
O qeyd edib ki, nümayəndə heyətinin tərkibində Azərbaycana böyük şirkətlər qrupu gəlib:
"Burada energetikadan tutmuş telekommunikasiyaya qədər müxtəlif sahələri təmsil edən şirkətlər var. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz zamanı o, turizm sektorunu da qeyd etdi".