Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir
İqtisadiyyat
129
15:20, Bu gün

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz (LNG) almaq istəyir.

Moderator.az xəbər verir ki, bunu Hindistanın “Bharat Petroleum” şirkətinin LNG üzrə bölməsinin rəhbəri Pandiyan Qoa şəhərində keçirilən Hindistan Enerji Həftəsi çərçivəsində “The Hindu” qəzetinə açıqlamasında bildirib.

“Bharat Petroleum” şirkətinin bölmə rəhbəri qeyd edib ki, Hindistanın dövlət neftayırma şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə mayeləşdirilmiş təbii qaz alınması barədə danışıqlar aparır. Şirkət eyni zamanda təchizatın şaxələndirilməsi üçün ABŞ-dan da ucuz qiymətə LPG almağı planlaşdırır və bununla əlaqədar tender elan edib.

Link kopyalandı!
Son xəbərlər