“Bəlkə Musa Quliyev demək istəyir ki, düşdüyünüz vəziyyətə şükür edin, yoxsa quru çörəkdən də məhrum olarsınız?..”
İqtisadiyyat
680
20:00, Bu gün

“Bəlkə Musa Quliyev demək istəyir ki, düşdüyünüz vəziyyətə şükür edin, yoxsa quru çörəkdən də məhrum olarsınız?..”

"2000-ci ildən parlamentdə oturan şəxs bu cür qıcıq yaradacaq, insanların narazılıqlarını daha da artıracaq sözlərdən istifadənin zərərli olduğunu anlamalıdır...”
 
“Bir ölkəyə neft və qaz ixracından hər il milyardlara vəsait daxil olursa, həmin ölkə əhalisi çörək növbəsinə durmadığı üçün minnətdar olmamalıdır...”
 
 “Son vaxtlar bəzi vəzifəli şəxslərin, məmurların, deputatların məsuliyyətsiz və düşünülməmiş çıxışları təəssüf doğurur. Həmin şəxslər anlamalıdır ki, əksər hallarda onların dedikləri rəsmi mövqe kimi başa düşülür və cəmiyyətdə dərhal ciddi reaksiya doğurur. Bu günlərdə Milli Məclisin Əmək və sosial siyasət dami komitəsinin sədri Musa Qulievin “Sevinməliyik ki, Azərbaycanda çörək növbələri yoxdur" fikri də ciddi etirazlara səbəb oldu. 2000-ci ildən parlamentdə oturan şəxs bu cür qıcıq yaradacaq, insanların narazılıqlarını daha da artıracaq sözlərdən istifadənin zərərli olduğunu anlamalıdır.”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov ifadə edib.
 
“Onsuz da ölkədə sosial-iqtidasi vəziyyət pisləşməkdədir,  əhali öz gündəlik ehtiyaclarını qarşılamaq üçün gecə-gündüz çalışmaqdadır. İnsanlar hətta ən ağır şərtlər altında belə, işləyərək problemlərini həll etməyə fokuslanıb. Azərbaycan insanının çörək növbəsində durmamasına görə sevinmək yalnız Musa Quliyevlərin düşüncələrinin məhsulu ola bilər. Məhz belə düşüncədə olanların fəaliyyəti, əslində fəaliyyətsizliyi sayəsində Cənubi Qafqazda ən aşağı əməkhaqqı, dolanışıq, ən aşağı tibbi xidmət, təhsil səviyyəsi Azərbaycandadır. Hələ elementar hüquq və azadlıqların qorunmasıyla bağlı problemlər, rüşvət və korrupsiya halları, yarıtmaz idarəçilik kimi mənfiliklərdən danışmıram”, -deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb.  
 
“Yoxsul vəziyyətdə dolanan, bir qarınlıq çörəkpulunu zorla qazanan vətəndaşlarda haqlı sual yaranır: "Bəlkə bununla Musa Quliyev demək istəyir ki, düşdüyünüz indiki ağır vəziyyətinizə şükür edin, yoxsa quru çörəkdən də məhrum olarsınız."  Onun Milli Məclisdə komitə sədri olduğu əmək və sosial siyasət sahəsi iqtidar komandasının ən bərbad və acınacaqlı sahəsidir.  Bunun da ən böyük məsuliyyətini daşıyanlardan biri məhz başda ömürlük deputat işləyən Musa Quliyev olmaqla həmin komitədir. Bir ölkəyə neft və qaz ixracından hər il milyardlara vəsait daxil olursa, həmin ölkə əhalisi çörək növbəsinə durmadığı üçün minnətdar olmamalıdır. Əksinə, belə fikirləri fəxrlə səsləndirənlərə öz layiq olduğu künc-bucağı göstərməlidir. Hesab edirəm ki, bu cür məntiqsiz və məsuliyyətsiz çıxış edənlər barədə tədbir görülməlidir”, - Əli Orucov vurğulayıb.
 
Link kopyalandı!
Son xəbərlər