“Trendyol” şirkəti ilə elektron ticarət sahəsində fikir mübadiləsi aparılıb - FOTO
İqtisadiyyat
189
14:50, Bu gün

“Trendyol” şirkəti ilə elektron ticarət sahəsində fikir mübadiləsi aparılıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (AİBNDA) sədri Elnur Bağırov “Trendyol” şirkətinin Rəqabət departamentinin müdiri Hatice Yavuz ilə görüşüb.
 
Agentlikdən Moderator.az-a bildirilib ki, görüşdə elektron ticarət sahəsində mövcud çağırış və tendensiyalara dair fikir mübadiləsi aparılıb, istehlak bazarına paralel olaraq rəqəmsal mühitdə də istehlakçı hüquqlarının qorunmasının vacibliyi vurğulanıb.
 
Görüş çərçivəsində elektron ticarət sahəsində mövcud vəziyyət və inkişaf tendensiyaları, rəqəmsal məkanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin üstünlükləri, “Trendyol” kimi institusional oyunçuların elektron ticarətin genişlənməsi və istehlakçı hüquqlarının qorunmasında roluna dair fikir mübadiləsi aparılıb.
 
Tərəflər arasında aparılan müzakirələrdə rəqəmsal ticarətin inkişafını səciyyələndirən amillər və bu sahənin istehlakçılar üçün artan rolu da diqqətə çatdırılıb. Qeyd olunub ki, onlayn ticarət istehlakçıların seçim hüququnun təmin olunmasına şərait yaradır və elektron ticarətin subyektləri üçün əlçatanlığı artırır.
 
Görüşdə, həmçinin agentlik tərəfindən istehlak bazarında və onlayn ticarətdə rəqabət mühitinin qorunması, bazar iştirakçıları arasında hüquqi məlumatlılığın artırılması və qanunvericiliyin tələblərinə uyğun fəaliyyətin təşviqi istiqamətində müntəzəm həyata keçirilən tədbirlər barədə məlumat verilib, elektron ticarətin rəqəmsal iqtisadiyyatın inkişafına verdiyi töhfələrdən bəhs olunub.
Link kopyalandı!
Son xəbərlər