Qəzzada bir qutu siqaret 55 AZN dəyərindədir?..-
İqtisadiyyat
283
08:28, Bu gün

Qəzzada bir qutu siqaret 55 AZN dəyərindədir?..- "ŞABAK" rəhbərinin qardaşının qaçaqmalçılığı səbəbindən...

Qəzzada müharibə iqtisadiyyatı inanılmaz dərəcədə təhriflər yaradır, siqaretlər qara bazarda ən bahalı və axtarılan əmtəəyə çevrilir. 
 
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, "Walla" portalının yaydığı məlumata görə, bir qutu siqaretin qiyməti son zamanlar 100 İsrail şekelini(təxm. 55 AZN) keçib və ciddi çatışmazlıqlar zamanı qiymət hətta bir neçə min şekelə qədər yüksələ bilər.
 
"10 qutudan ibarət bir bağlama hazırda 1000 şekelə satılır. Buna görə də cinayətkarlar Qəzzaya siqaret qaçaqmalçılığını təşkil etmək üçün istənilən riskə getməyə hazırdırlar.
 
Bu material  "ŞABAK"(daxili təhlükəsizlik qurumu-S.L.) rəhbəri David Zininin Qəzzaya siqaret qaçaqmalçılığında ittiham olunan qardaşı Betzalel Zininin həbsi ilə bağlı qalmaqal fonunda dərc edilib. İstintaqın təfərrüatlarının mediada yayılması  qadağan edilib. Təcili əlavə istintaq hərəkətlərinin aparılması zərurəti səbəbindən bəzi gecikmələrdən sonra yaxın günlərdə Beer Şeva dairə məhkəməsində 13 təqsirləndirilən şəxsə qarşı ittihamların irəli sürülməsi gözlənilir.
 
Bu iş, şübhəlinin yüksək vəzifəli təhlükəsizlik məmuru ilə yaxın münasibətləri səbəbindən potensial maraqların toqquşması məsələsini ortaya qoyur və bu mövzunun hərtərəfli araşdırılması gözlənilir... 
 
Siqaret, şirniyyat və gigiyena məhsulları kimi malların qanunsuz idxalı "HƏMAS"-ın hakimiyyətdəki mövqeyini birbaşa gücləndirir. Hələ də sektora nəzarəti saxlayan təşkilat, hər bir belə  siqaret qutusundan əhəmiyyətli dərəcədə qazanc əldə edir və "günahsız qaçaqmalçılığı" terrorizmin iqtisadi mühərrikinə çevirir - ya da başqa sözlə, onlar bu pulla sadəcə silah alırlar", - materialda belə deyilir.
 
S.Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər