Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsi təklif olunur.
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
O xatırladıb ki, Rəqabət Məcəlləsi qəbul edilib: "Rəqabət Məcəlləsinin qeyd etdiyim Sahibkarlıq Məcəlləsi ilə birgə fəaliyyəti başqa məcəllələrin qəbul edilməsini sürətləndirə bilər. Bunların içərisində yeni Vergi Məcəlləsinin, Büdcə Məcəlləsinin və Bank Məcəlləsinin qəbul edilməsinin sürətləndirilməsi çox vacibdir".