Trampdan Putinə daha bir jest: Rusiyanın qaçaqmalçı neft tankerini geri qaytardı...
İqtisadiyyat
341
08:24, Bu gün

Trampdan Putinə daha bir jest: Rusiyanın qaçaqmalçı neft tankerini geri qaytardı...

Tramp administrasiyası Rusiyanın gizli neft qaçaqmalçılığıyla məşğul olan "kölgə donanması"ndan ələ keçirilmiş tankeri Venesuelaya qaytarıb.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 
 
Tramp administrasiyası bu ilin yanvar ayında ələ keçirilmiş Rusiyanın "kölgə donanması"ndan Venesuelaya bir tankeri qaytarıb. Bu, belə bir qaytarışın ilk məlum nümunəsidir.
 
ABŞ-ın Venesuelaya qaytardığı gəmi Panama bayrağı altında üzən "supertanker" olan "M/T Sophia"-dır. Bu haqa anonimlik şərti ilə danışan rəsmilər "Reuters" agentliyinə danışıblar.
 
Tramp administrasiyasının ələ keçirilmiş gəmini qaytarma səbəbləri  məlumat dərc olunduğu vaxt açıqlanmayıb.
 
"M/T Sophia" 7 yanvarda neft daşıyarkən ələ keçirilib. Daha sonra Tramp administrasiyası gəminin "vətəndaşlığı olmayan, sanksiyalı kölgə donanması tankeri" olduğunu açıqlayıb.
 
Bir mənbə bildirib ki, həmin vaxt göyərtədə neft olub-olmadığını bilmirlər.
 
ABŞ Daxili Təhlükəsizlik katibi Kristi Noem bu gəminin və başqa bir tankerin ələ keçirilməsini rəsmi olaraq təsdiqləyib. Məlumata görə, bunlar ABŞ-ın Venesuela neftinə qoyduğu embarqonu pozan "xəyal gəmilər" olub.
 
Qeyd etmək lazımdır ki, ABŞ son bir neçə aydır ki, Rusiyanın "kölgə donanmasına" məxsus tankerləri axtarır. Bu müddət ərzində onlar həmin gəmilərdən bir neçəsini ələ keçirə biliblər, lakin gəmilərin geri qaytarılması barədə əvvəllər heç bir məlumat verilməyib.

Xatırladılır ki, 28 yanvarda "Verstka" ələ keçirilən "Marinera" tankerinin dənizçilərinin evlərinə buraxıldığını bildirmişdi: göyərtədəki ukraynalıların harada olduğu məlum olmuşdu.

28 yanvarda "Reuters" agentliyi İspaniyanın Rusiyanın "kölgə donanması"na məxsus "Chariot Tide" tankerini buraxdığını bildirib. İspaniya hökuməti tankeri saxlaya bilərdi, amma sonda buraxmaq qərarı verib.

S.Laçın

Link kopyalandı!
Son xəbərlər