Ötən il səhiyyə xərcləri proqnozdan 718 mln. manat az icra olunub
İqtisadiyyat
223
16:48, Bu gün

Ötən il səhiyyə xərcləri proqnozdan 718 mln. manat az icra olunub

Ötən dövlət büdcəsindən səhiyyə xərclərinə 1 milyard 275.3 milyon manat ayrılıb.

Bu barədə Moderator.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən il büdcədən səhiyyə xərclərinə 1 milyard 993.6 milyon manat ayrılması proqnozlaşdırılırdı. Beləliklə, ötən il səhiyyə xərcləri proqnozla müqayisədə 718.3 milyon manat az icra olunub.

Xatırladaq ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat proqnozlaşdırılmışdı. Ötən il büdcə gəlirləri proqnozdan 775 milyon manat çox, büdcə xərcləri isə 2 milyard 804 milyon manat az icra edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər