İki kredit təşkilatının vəzifəli şəxsləri cərimələndilər
İqtisadiyyat
318
13:10, Bu gün

İki kredit təşkilatının vəzifəli şəxsləri cərimələndilər

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatı olan (BOKT) "Finans Kredit" MMC-nin və "SF Azerbaijan" MMC-nin vəzifəli şəxslərini cərimələyib.
 
Moderator.az AMB-yə istinadən xəbər verir ki, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "Finans Kredit" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 manat, "SF Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə ediliblər.
 
Link kopyalandı!
Son xəbərlər