Ermənistana Azərbaycandan şəkər də idxal ediləcək?..-
İqtisadiyyat
226
08:40, Bu gün

Ermənistana Azərbaycandan şəkər də idxal ediləcək?..- "Hraparak"

"Hökumət mənbələrimiz bildirir ki, Azərbaycandan dördüncü dərəcəli taxıl və dizel yanacağının idxalı ilə paralel olaraq, şəkər idxalı ilə bağlı danışıqlar və işlər də aparılır."
 
Moderator.az xəbər verir ki, bunu "Hraparak" qəzeti yazıb.
 
"Bizə deyildi ki, hazırkı hakimiyyətin mərkəzində duran oliqarx, şəkər idxalı inhisarçısı Samvel Aleksanyan da bu məsələyə maraq göstərir və yaxın gələcəkdə onun bu arzusu, əslində, gerçəkləşəcək", -deyə davamında erməni nəşri bildirir.
 
Qəzet xatırladır ki, Azərbaycandan Ermənistana taxıl idxal edən şirkət Samvel Aleksanyana məxsusdur və benzin idxalçıları arasında iş adamının həyat yoldaşı Şoqerinanın qardaşı Samvel Mkrtçyana məxsus "Shisha World" şirkəti də var...
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər