Şəkər və qənnadı məmulatlarının ixracı 60%-ə yaxın artıb
İqtisadiyyat
30
12:03, Bu gün

Şəkər və qənnadı məmulatlarının ixracı 60%-ə yaxın artıb

2025-ci ildə Azərbaycan 63 milyon 110.41 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib.

Moderator.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 59,32% artıb.

Hesabat dövründə Azərbaycana 255 milyon 725.61 min ABŞ dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətdə 7,74% artım deməkdir.

Ötən il şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ümumi ixracın 0,25%-ni, idxalı isə ümumi idxalın 1,05%-ni təşkil edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər