Devalvasiya ola bilərmi? - “Manat dəyərdən düşüb”
İqtisadiyyat
345
14:09, Bu gün

Devalvasiya ola bilərmi? - “Manat dəyərdən düşüb”

“Manat dəyərdən düşüb, alıcılıq qabiliyyəti aşağıdır. Bizdə əsas problem budur”.

Moderator.az xəbər verir ki, bu sözləri Pravda.az-a iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq məzənnə öz yerində qalır: “Manatın məzənnəsinin dəyişdirilməsi inzibati qaydada olduğu üçün bunu iqtisadi parametrlərlə proqnozlaşdırmaq mümkün deyil. Azərbaycanda məzənnə inzibatidir. Mərkəzi Bankın və hökumətin inzibati qərarı ilə müəyyənləşir. Amma ölkəmizdə məzənnə qədər də böyük problem ola biləcək başqa proses gedir. Manatın alıcılıq qabiliyyəti düşür. Bu da heç də inflyasiyadan az problem deyil. Bu səbəbdən manatın məzənnəsinin nə zaman dəyişəcəyini ancaq inzibati qərar veriləndə biləcəyik. Bu, mövcud ildə də ola bilər, gələn il və ya iki ildən sonra da baş verə bilər”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər