Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2027-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.
Moderator.az xəbər verir ki, bu, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2026-ci il yanvarın 1-də bitib.
Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb.