Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2026–2027-ci illərdə orta hesabla ÜDM-in 5,1 %-ni təşkil edəcək.
Moderator.az xəbər verir ki, bu qiymətləndirmə "Moody`s" beynəlxalq reytinq agentliyinin proqnozlarında verilib.
"Moody`s"in gözləntilərinə əsasən, 2025-ci ilin yekunlarına görə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 7 %-ni, 2026-cı ildə 5 %-ni, 2027-ci ildə isə ÜDM-in 5,2 %-ni təşkil edəcək.
Qeyd edək ki, 2024-cü ildə bu göstərici 4,7 milyard ABŞ dolları və ya ÜDM-in 6,3 %-ni təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 3,02 milyard ABŞ dolları və ya ÜDM-in 5,4 %-ni təşkil edib. 2025-ci ilin yekunlarına görə, orta neft qiyməti bir barel üçün təxminən 70 ABŞ dolları olmaqla, bu göstəricinin 3,7 milyard dollar səviyyəsində olması gözlənilir.