İqtisadiyyat
130
22:48, Bu gün

"Moody`s": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 5 %-ni təşkil edəcək

Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2026–2027-ci illərdə orta hesabla ÜDM-in 5,1 %-ni təşkil edəcək.

Moderator.az xəbər verir ki, bu qiymətləndirmə "Moody`s" beynəlxalq reytinq agentliyinin proqnozlarında verilib.

"Moody`s"in gözləntilərinə əsasən, 2025-ci ilin yekunlarına görə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 7 %-ni, 2026-cı ildə 5 %-ni, 2027-ci ildə isə ÜDM-in 5,2 %-ni təşkil edəcək.

Qeyd edək ki, 2024-cü ildə bu göstərici 4,7 milyard ABŞ dolları və ya ÜDM-in 6,3 %-ni təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 3,02 milyard ABŞ dolları və ya ÜDM-in 5,4 %-ni təşkil edib. 2025-ci ilin yekunlarına görə, orta neft qiyməti bir barel üçün təxminən 70 ABŞ dolları olmaqla, bu göstəricinin 3,7 milyard dollar səviyyəsində olması gözlənilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər