21:08
0°C
Bakı
2025-ci ildə Azərbaycan Rusiyaya 1 milyard 174,55 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
Moderator.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,1% çoxdur.
Ötən il qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində əvvəlki ilə nisbətən 10,15% artaraq 597,35 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 27,6% artaraq 347,9 milyon ABŞ dolları olub.
İl ərzində Azərbaycan həmçinin İsveçrəyə 347,8 milyon ABŞ dolları (57,8% çox), Ukraynaya isə 201 milyon ABŞ dolları (70,9% çox) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
Hesabat ilində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı illik müqayisədə 8,5% artaraq, 3,6 milyard ABŞ dolları təşkil edib.