Ermənistanda regionun ən böyük şokolad fabriki tikilir...-FOTOLAR
İqtisadiyyat
127
14:04, Bu gün

Ermənistanda regionun ən böyük şokolad fabriki tikilir...-FOTOLAR

Yanvarın 20-də Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan "Vellar Group" şirkətinin yeni tikilmiş şokolad və şirniyyat fabrikini ziyarət edib.
 
Moderator.az xəbər verir ki, "Armtimes" bu haqda Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Nazir şirkət rəhbərliyinin müşayiəti ilə zavod ərazisini gəzib, quraşdırılmış avadanlıqlar, istehsal gücləri və texnoloji istehsal xətləri ilə tanış olub.
 
Hazırda proqram çərçivəsində təxminən 120 milyon avro investisiya qoyulub və yaxın gələcəkdə daha 25 milyon avro investisiya qoyulması planlaşdırılır.
 
Zavod təxminən 25 hektar ərazini əhatə edir. Əsasən aparıcı Almaniya və Danimarka şirkətlərindən idxal edilən müasir avadanlıqlarla təchiz olunub. Zavodun üç il ərzində tam fəaliyyətə başlaması planlaşdırılır ki, bunun nəticəsində istehsal həcmi gündə 200 tona, iş yerlərinin sayı isə 2000-ə çatacaq.
 
Burada geniş çeşiddə qənnadı məmulatlarının istehsalı planlaşdırılır: şokolad və karamel konfetləri, protein və meyvə batonları, şokoladla örtülmüş peçenye və vaflilər, eləcə də yüksək keyfiyyətli şokoladla örtülmüş erməni quru meyvələri.
 
İsveçdə yerləşən "GNG" beynəlxalq biznes qrupuna daxil olan "Vellar Group" şirkəti dövlət dəstək vasitələrindən, gömrük rüsumlarından azadolma və infrastruktur investisiya proqramından yararlanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər