Məlum olduğu kimi, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan Avstriya və Almaniyaya qaz hasilatına start erib.
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov məlum yeniliyin həm Azərbaycan, həm də Avropa üçün mühüm hadisə olduğunu bildirib:
“Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artmaqdadır. Azərbaycan bundan öncə 14 ölkəyə neft və qaz nəql edirdi. Avstriya və Almaniyaya mavi qazın nəqli Azərbaycan qazı alan ölkələrin sayının 16-ya çatmasına səbəb oldu. Bu, Azərbaycanın Qərbi Avropanın enerji təhlükəsizliyində xüsusi paya sahib olması anlamına gəlir. Bu baxımdan baş verənlər Azərbaycanın siyasi mövqeyinin daha da güclənməsinə və regional təhlükəsizliyə verdiyi töhfənin daha da artmasına imkan verəcək.
Hazırda mavi qaz hasilatının artırılması və Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin artırılması istiqamətində işlər görülüb. Xüsusilə ikinci mərələdə Cənub Qaz Dəhlizi vasitəsilə 31,5 milyard kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Yeni mərhələdə Azərbaycan Avropapa 20 milyard kub metr mavi qaz nəql etmək imkanına malik olacaq. Bu, ölkəmizə daha çox valyuta axınına şərait yaradacaq”.
Seymur ƏLİYEV