Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 5,68 milyon ABŞ dolları dəyərində 20 min 417 ton soğan ixrac edib.
Moderator.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 % çox, kəmiyyət olaraq – 3 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstana 3,19 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 13 % çox) 14 min 433 ton (-7 %), Rusiyaya 2,1 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 5 min 57 ton (+4,6 dəfə), Belarusa 339 min ABŞ dolları dəyərində (+38 dəfə) 795 ton (+36 dəfə) və Ukraynaya 70,7 min ABŞ dolları dəyərində (-85 %) 131,55 ton (-92 %) məhsul satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 21,44 min ton soğanın 74 %-i Gürcüstanın payına düşür.