İqtisadiyyat
166
15 Jan 2026 | 23:57

"AFB Bank"ın xalis mənfəəti 7 % azalıb

"AFB Bank" ASC 2025-ci ili 4,257 milyon manat xalis mənfəətlə başa vurub.

Moderator.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 7 % azdır.

Ötən il "AFB Bank"ın gəlirləri 35,934 milyon manat (əvvəlki ilə nisbətən 13,6 % çox), xərcləri 34,963 milyon manat (32,3 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 4,539 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1,252 milyon manat (2,5 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "AFB Bank"ın aktivləri 423,004 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 43,3 % çoxdur. Bunun 279,594 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 63,4 % böyüyüb.

Hesabat dövründə "AFB Bank"ın öhdəlikləri 58,4 % artaraq 345,274 milyon manat, o cümlədən depozit portfeli 70,2 % artaraq 226,362 milyon manat, balans kapitalı isə 0,7 % artaraq 77,731 milyon manat olub.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Link kopyalandı!
Son xəbərlər