OPEC 2027-ci il üçün qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb
İqtisadiyyat
244
17:57, Bu gün

OPEC 2027-ci il üçün qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2027-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb.

Bu barədə Moderator.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, gələn il ortalama gündəlik qlobal neft tələbatı 107,86 mln. barel olacaq ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 1,34 mln. barel çoxdur.

Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 106,52 mln. barel olacağı proqnozaşdırılır (proqnoz dəyişməyib), bu da 2025-ci ilin göstəricisi (105,14 mln. barel) ilə müqayisədə 1,38 mln. barel çoxdur.

Xatırladaq ki, 2024-cü ildə qlobal gündəlik neft tələbatı ortalama 103,84 mln. barel olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər