Mərkəzi Bank
İqtisadiyyat
255
12:28, Bu gün

Mərkəzi Bank "Fizza Pay"ə icrası məcburi göstəriş verdi

Azərbaycanın Mərkəzi Bankı (AMB) "Fizza Pay" MMC ödəniş təşkilatına icrası məcburi göstəriş verib.
 
Moderator.az bu barədə AMB-yə istinadən xəbər verir.
 
Məlumata görə, icrası məcburi göstəriş "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 4.2-ci bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq verilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər