Gümüşün qiyməti tarixi maksimumunu yenilədi
İqtisadiyyat
273
18:58, Bu gün

Gümüşün qiyməti tarixi maksimumunu yenilədi

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 87 dolları keçib.

Moderator.az-ın xəbərinə görə, bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

Bakı vaxtı ilə saat 16:59-a olan məlumata görə, qiymətli metalın dəyəri 1.27% artaraq trua unsiyası üçün 86.17 dollara çatıb.

Bakı vaxtı ilə saat 17:11-ə gümüşün qiyməti trua unsiyası üçün 87.45 dollara (+2.3%) çatıb.

Eyni zamanda, "Comex" birjasında 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin trua unsiyası üçün 4 606.8 dollar (-0.17%) təşkil edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər