Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - Rəy
İqtisadiyyat
949
13:30, Bu gün

Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - Rəy

İranda dərinləşən sosial-iqtisadi böhran və maliyyə bazarlarındakı qeyri-sabitlik təkcə bu ölkənin deyil, region dövlətlərinin də gündəmini dəyişir. Bəs İranda vəziyyət daha da kəskinləşərsə, neft qiymətləri necə olacaq? Ümumiyyətlə, proseslər qlobal bazara hansı formada təsir göstərəcək? Bəs ölkəmizə hansı nəticələr doğura bilər?
 
Moderator.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, İrandakı proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələlik qeyri-müəyyəndir:
 
“İndi proseslərin hara qədər və hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. İranda sistem dəyişikliyi baş verərsə, tamamilə fərqli bir situasiya yaranacaq. Əgər rejim sərtləşərsə, nəticələr də fərqli olacaq. Bu vəziyyəti diqqətlə izləmək lazımdır.
 
İranda gərginlik davam etsə də, etməsə də, bu il neftin ucuzlaşma trendində olacağı ehtimal olunur. Çünki digər qlobal proseslərin də bazara təsiri mövcuddur.
 
Azərbaycanla İran arasında ticarət dövriyyəsi təxminən 450–455 milyon dollar civarındadır. Bunun 40–50 milyon dolları Azərbaycan tərəfindən İrana ixrac olunur, qalan hissəsi isə, yəni 400–450 milyon dollar, İrandan idxal edilir. Hələlik İrandan idxal olunan məhsulların həcmi ilə bağlı ciddi problem müşahidə olunmur.
 
Lakin bazarda ajiotaj yarana bilər. Əgər İrandan ixrac olunan məhsulların həcmi azalarsa, Azərbaycanda həm İran məhsullarının, həm də onlara alternativ xarici məhsulların qiymətində bahalaşma müşahidə oluna bilər".
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər