Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi - FOTO
İqtisadiyyat
1070
15:52, Bu gün

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi - FOTO

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.
 
Moderator.az xəbər verir ki, 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
 
Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.
 
Bundan əvvəl, 18 dekabrda isə Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər