SOCAR
İqtisadiyyat
1425
08 Jan 2026 | 14:37

SOCAR "TotalEnergies" ilə "Abşeron" yatağının işlənməsini müzakirə edib - FOTO

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "TotalEnergies" şirkəti arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
 
Bildirilib ki, bu müzakirə SOCAR-ın prezidenti Rövşən Nəcəfin "TotalEnergies" şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşündə aparılıb.
 
Görüşdə iki şirkətin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti müzakirə olunub. O cümlədən tərəflər enerji sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər