Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanla Türkiyə arasında ümumi həcmi 33 milyard kubmetr olan yeni təbii qaz təchizatı müqaviləsi razılaşdırılıb.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.
"Cümə günü son danışıqları başa çatdırdıq. Tezliklə sənəd imzalanacaq", - deyə o qeyd edib.
Onun sözlərinə görə, saziş üzrə tədarük 2029-cu ildə başlayacaq və 15 il müddətinə davam edəcək.
Müqavilə üzrə Abşeron yatağından ildə 2,25 milyard kubmetr təbii qaz boru xətti vasitəsilə Türkiyəyə tədarük ediləcək.