“Azərbaycanın Pakistana yönəldəcəyi sərmayələr hər iki ölkənin maraqlarına uyğundur”
İqtisadiyyat
1344
11:54, Bu gün

“Azərbaycanın Pakistana yönəldəcəyi sərmayələr hər iki ölkənin maraqlarına uyğundur”

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın xarici işlər naziri İshaq Dar arasında telefon danışığı olub. Telefon danışığı zamanı Azərbaycanın Pakistana 2 milyard dollar dəyərində investisiyasının reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bu təşəbbüsün həm strateji münasibətlər, həm də sırf iqtisadi amillər baxımından təqdirəlayiq olduğunu bildirib:

“Azərbaycanla Pakistan arasında strateji münasibətlər son dövrlər daha da dərinləşib. İki ölkə arasında uzunmüddətli strateji əməkdaşlıq müşahidə edirik. Bu baxımdan qarşlılqlı sərmayə qoyuluşları ölkələrin iqtisadiyyatına töhfə baxımından önəmlidir.

Pakistan Azərbaycan investorları üçün vacib ölkələrdən biridir. Həm strateji əməkdaşlıq, həm də ölkələr arasında dostluq münasibətləri ölkə şirkətlərinin qarşılıqlı olaraq sərmayə qoyuluşuna imkan yaradır. Azərbaycanın Pakistana 2 milyard dollar sərmayə qoymaq planı bir tərəfdən strateji münasibətlərə dəstəkdir. Digər tərəfdən, Pakistan iqtisdiyyatına töhfədir. Eyni zamanda, bu, Azərbaycan şirkətləri üçün yeni investisiya bazarı, gəlir imkanları deməkdir.

Bu baxımdan, ölkələrin qarşılıqlı sərmayə qoyuluşları onların iqtisadi gəlirlərinin artmasına xidmət edir. Azərbaycanın Pakistana yönəldəcəyi sərmayələr həm Pakistanın, həm də  Azərbaycanın maraqlarına uyğundur”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər