Səudiyyə Ərəbistanının Yəməndəki siyasəti körfəzdə böhran yaratdı
İqtisadiyyat
248
30 Dec 2025 | 22:47

Səudiyyə Ərəbistanının Yəməndəki siyasəti körfəzdə böhran yaratdı

Körfəz ölkələrinin fond indeksləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında gərginliyin artması fonunda aşağı düşüb.

Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, Dubay Fond İndeksi (DFMGI) 2%, Əbu-Dabi (FTFADGI) və Səudiyyə Ərəbistanı (TASI) indeksləri isə 1% geriləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə BƏƏ tərəfindən dəstəklənən cənub separatçılarına xarici hərbi dəstək bəhanəsi ilə hücumlar həyata keçirib. Buna cavab olaraq, BƏƏ-nin Müdafiə Nazirliyi öz qüvvələrinin Yəməndə antiterror missiyasını dayandırdığını bildirib.

Bu gərginlik Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Küveyt və Oman fond indekslərinin azalmasına səbəb olub.

Səudiyyə Ərəbistanı TASI indeksi 1% azalıb - 10.382;

Əbu-Dabi FTFADGI indeksi 1% azalıb - 9.964;

Dubay DFMGI indeksi 2% azalıb - 6.015;

Qətər QSI indeksi dəyişməyib - 10.794;

Misir EGX30 indeksi 0,1% azalıb - 41.690;

Oman MSX30 indeksi 0,6% azalıb - 5.860;

Küveyt BKP indeksi 1,3% azalıb - 9.444.

Link kopyalandı!
Son xəbərlər