Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin yaradılmasının 20-ci ildönümü münasibətilə 22 dekabr 2025-ci il tarixində "Neft sənayesi obyektlərində təhlükəsizliyin təmin edilməsi və risklərin idarəolunması" mövzusunda seminar keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, Təhlükəsizlik İdarəsi ilə yanaşı, SOCAR-ın müxtəlif idarə və müəssisələrinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, eləcə də Türkiyədən ASELSAN, TANAP və "SOCAR Türkiyə" şirkətlərinin nümayəndələrinin iştirak etdiyi seminar SOCAR üzrə təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə təşkil olunub.