İqtisadiyyat
300
12:00, Bu gün

"Neft sənayesi obyektlərində təhlükəsizliyin təmin edilməsi və risklərin idarəolunması" mövzusunda seminar keçirilib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin yaradılmasının 20-ci ildönümü münasibətilə 22 dekabr 2025-ci il tarixində "Neft sənayesi obyektlərində təhlükəsizliyin təmin edilməsi və risklərin idarəolunması" mövzusunda seminar keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
 
Bildirilib ki, Təhlükəsizlik İdarəsi ilə yanaşı, SOCAR-ın müxtəlif idarə və müəssisələrinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, eləcə də Türkiyədən ASELSAN, TANAP və "SOCAR Türkiyə" şirkətlərinin nümayəndələrinin iştirak etdiyi seminar SOCAR üzrə təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə təşkil olunub.
Link kopyalandı!
Son xəbərlər