İqtisadiyyat
2103
11:40, Bu gün

"13-cü maaş" Azərbaycanda KİMLƏRƏ verilir?

Hər ilin sonunda bəzi müəssisələrdə işçilərə 13-cü əmək haqqı verilir. Bəs “13-cü maaş" nədir, kimlərə verilir və nə cür hesablanır?
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz  Əkbərov Moderator.az-a açıqlamasında deyib ki, “13-cü maaş”  ilin sonunda işçilərə pul şəklində ödənilən həvəsləndirici mükafatdır. Onun sözlərinə görə, məqsəd – işçilərin məhsuldarlığının və effektivliyinin artırılmasıdır:
 
“Ancaq nə  Əmək Məcəlləsində, nə də başqa normativ-hüquqi aktlarda bu cür mükafatların verilməsi barədə heç bir məlumat yoxdur. Lakin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə görə əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən aşağıdakı qaydada verilir:
"13-cü maaş" aşağıdakı hallarda verilir
- hədiyyə edilməklə;
əlavə məzuniyyət verilməklə;
  -əmək haqqına fərdi əlavə edilməklə;
 - daha yüksək məbləğdə fərdi sığorta edilməklə;
 -sanatoriya-kurort müalicəsi, turist səfərləri
yollayışının haqqı ödənilməklə;
müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.
"13-cü maaş"ın verilməsi müəssisə rəhbərliyinin istəyindən asılıdır. Müəssisə "13-cü maaş"ı öz istəyi ilə hansı işçiyə istəsə verə bilər. Bir çox hallarda bu mükafatın verilməsi, işçilərin şəxsi nəticələrindən asılı olmayaraq, müəssisənin ilin sonuna olan maliyyə nəticələrindən və imkanlarından asılı olur. Əgər ilin sonuna müəssisə zərər ilə işləyibsə, əlavə mükafatlar verilmir və bu qanun pozuntusu deyil”.
 
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər