Ermənistan məhsulları Azərbaycan bazarında alıcı tapacaq? - Açıqlama
İqtisadiyyat
2173
10:50, Bu gün

Ermənistan məhsulları Azərbaycan bazarında alıcı tapacaq? - Açıqlama

Gələcəkdə təkcə Bakıdan yeni idxalın deyil, həm də erməni məhsullarının Azərbaycana ixracının mümkün ola biləcəyi bildirilib. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan açıqlama verib.
“Hazırda biz “Georgian Railways” şirkətindən tranzit üçün kifayət qədər qabiliyyətli qiymət əldə etmişik. Düşünürəm ki, həm Gürcüstan, həm də Azərbaycan növbəti uğurlu razılaşma barədə məlumat verəcək”, – deyə Papoyan jurnalistlərlə Qarni kəndində söhbəti zamanı bildirib.
 Nazirin sözlərinə görə, Ermənistan Azərbaycana alüminium, folqa, meyvə və tərəvəz, bəzi növ içkilər, eləcə də müxtəlif növ tekstil məhsulları ixrac edə bilər. Papoyan əlavə edib ki, aparılmış araşdırma nəticəsində Ermənistanın ixrac etdiyi, Azərbaycanın isə idxal etdiyi məhsulların mövcud olduğu müəyyən edilib.
 
Azərbaycana Ermənistandan hansı məhsulların ixrac edilə biləcəyi maraq doğurur. Bəs əhali bu məhsulları almağa nə dərəcədə hazırdır? Həmçinin, tərəflər arasında quru yollarının açılması mümkündür?
 
Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli  Moderator.az-a açıqlamasında bildirib ki, Ermənistandan Azərbaycana aşağıdakı məhsullar ixrac oluna bilər: 
 
“Qida məhsulları (süd, pendir, şirniyyat, bəzi tərəvəz və meyvələr), tikinti materialları (sement, keramik, metal məhsulları) və digər gündəlik mallar (sabun, deterjan, kosmetika).
Əhali bu məhsulları almağa ilkin mərhələdə ehtiyatlı yanaşa bilər, amma bəzi məhsullar, məsələn pendir, şirniyyat və tikinti materialları, maraq doğura bilər. Zamanla bazar uyğunlaşdıqca tələbat arta bilər.
Bakı İrəvanla birbaşa ticarətə hüquqi baxımdan başlaya bilər, amma gömrük və logistika məsələləri həll olunmalıdır. Hazırda quru yollar tam açılmayıb, ticarət üçün digər yollar və ya hava yolu istifadə oluna bilər.
Quru yollarının açılması mümkündür, amma mərhələli və təhlükəsizlik tədbirləri ilə olacaq. Siyasi etimad və qarşılıqlı razılaşmalar vacibdir”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər