Mərkəzi Bank gələn il üçün əsas hədəfini açıqladı
İqtisadiyyat
1135
11:50, Bu gün

Mərkəzi Bank gələn il üçün əsas hədəfini açıqladı

2026-cı ildə Azərbaycan Mәrkәzi Bankınının pul siyasәti “2022─2026-cı illәrdә sosial-iqtisadi inkişaf Strategiyası”nda müәyyәn edilmiş makroiqtisadi sabitlik vә dayanıqlılıq prioritetlәrinin reallaşmasına yönәldilәcәk.
 
Moderator.az AMB-nin Pul siyasətinin əsas istiqamətlərinə dair bəyanatına istinadən xəbər verir ki, tənzimləyicinin əsas mәqsәdi inflyasiyanın hәdәf daxilindә saxlanılması olacaq: “Pul siyasәti çәrçivәsinin tәkmillәşdirilmәsi istiqamәtindә dә islahatlar davam etdirilәcәk. Pul siyasәtinin hәdәfi növbәti ildә dә illik inflyasiyanı 4±2 faiz sәviyyәsindә saxlamaqdan ibarәt olacaq. Әvvәlki illәrdә olduğu kimi növbәti ildә dә hәdәf göstәricisi Dövlәt Statistika Komitәsi tәrәfindәn hesablanan istehlak qiymәtlәri indeksinin son 12 ayda dәyişimi olacaq”. 
 
AMB bildirir ki, inflyasiyanın hәdәf daxilindә idarә edilmәsi davamlı iqtisadi artımın vacib şәrtlәrindәn biridir. Bu, ev tәsәrrüfatlarının, hәmçinin şirkәtlәrin gәlir vә әmanәtlәrinin qorunması üçün vacibdir: “Sabit vә aşağı inflyasiya milli valyutaya inamı vә onun alıcılıq qabiliyyәtini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilә ifadә olunmuş aktiv vә öhdәliklәrin payını azaltmağa kömәk edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdәki dәyişikliklәrә davamlılığını artırır. Mәrkәzi Bankın son (oktyabr 2025) proqnozlarına görә, 2026-cı ildә illik inflyasiyanın 5.7 faiz olacağı gözlәnilir ki, bu da hәdәf diapazonu daxilindәdir. Hökumәtin, beynәlxalq maliyyә-kredit tәşkilatlarının vә beynәlxalq reytinq agentliklәrinin proqnozları da inflyasiyanın növbәti ildә әsasәn bu diapazonda qalacağını göstәrir”. 
 
Mәrkәzi Bank 2026-cı ildә dә inflyasiya amillәrinin hәrtәrәfli tәhlili әsasında özünün inflyasiya proqnozlarını hәr rüb yenilәyәcәk. Eyni zamanda әhali vә müәssisәlәr arasında keçirilәn sorğular әsasında ev tәsәrrüfatlarının vә biznes subyektlәrinin inflyasiya gözlәntilәrinin qiymәtlәndirilmәsi davam etdirilәcәk.
 
Bəyanata görə, ümumilikdә, son illәrdә inflyasiyanın risk balansında xarici amillәrin payı әhәmiyyәtli artıb: “Ortamüddәtli dövrdә bu amillәrin payının yüksәk olaraq qalacağı gözlәnilir.  Geosiyasi gәrginliklәr vә qlobal ticarәt mühitindәki qeyri-sabitlik әmtәә vә maliyyә bazarları ilә bağlı qeyrimüәyyәnliklәri hәlә dә yüksәk sәviyyәdә saxlayır. Әsas xarici risk idxal qiymәtlәrinin daxili inflyasiyaya ötürülmәsi ilә bağlıdır. Bu risk ticarәt tәrәfdaşlarında inflyasiya proseslәri vә nominal effektiv mәzәnnәnin  dinamikasından asılı olacaq. Daxili risk faktorları isә әsasәn tәklif – xәrc amillәri hesabına formalaşmaqdadır. Ortamüddәtli dövr üzrә konservativ makrofiskal çәrçivә vә kredit qoyuluşları üzrә gözlәnilәn artım templәri mәcmu tәlәbin izafi artımı riskini azaldır.  Mәrkәzi Bank daxili vә xarici qeyri-müәyyәnliklәri nәzәrә alaraq makroiqtisadi proqnozları baza ssenari ilә yanaşı alternativ ssenarilәr üzrә hazırlanması tәcrübәsini davam etdirәcәk. Bu da inflyasiya risklәrinin reallaşdığı tәqdirdә çevik siyasәt reaksiyasını tәmin edәcәk”. 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər