Bizi sosial şəbəkələrdən izləyin:
Tramp Yolu Layihəsinin (TRIPP) faktiki icrası və tikinti mərhələsi 2026-cı ildə başlayacaq.
Moderator.az xəbər verir ki, bu barədə Sputnik Ermənistanın yazılı sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi məlumat çatdırıb .
Xarici İşlər Nazirliyi Ermənistanın ABŞ tərəfdaşları ilə "Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu" layihəsinin hüquqi çərçivəsi və qaydaları ilə bağlı intensiv danışıqlar apardığını açıqlayıb.
"Ermənistan-Amerika birgə müəssisəsi olan TRIPP şirkəti Ermənistanda qeydiyyatdan keçəcək və dəmir yolları, avtomobil yolları, neft və qaz boru kəmərləri, eləcə də fiber optik kabellər üçün zəruri infrastrukturun inkişaf etdirilməsi hüququnu əldə edəcək", - deyə idarədən bildiriblər.
"Ermənistan "Tramp Yolu" layihəsinin həyata keçirilməsini Ermənistan hökumətinin Orta Dəhliz və Fars körfəzi-Qara dəniz də daxil olmaqla regional əlaqənin inkişafına yönəlmiş əsas infrastruktur layihələri ilə tam uyğun olan "Sülh Yollarının Kəsişməsi" təşəbbüsünün ayrılmaz hissəsi hesab edir"- Ermənistan XİN-in məlumatında belə deyilir.