Misin qiyməti rekord həddə yüksəldi
İqtisadiyyat
139
18:00, Bu gün

Misin qiyməti rekord həddə yüksəldi

London Metal Birjasında (LME) üç aylıq mis füçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir ton üçün 12 min ABŞ dollarını ötüb.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu göstərici ticarət məlumatları ilə təsdiqlənir.

Bakı vaxtı ilə saat 14:47-yə olan məlumata görə, mis füçerslərinin qiyməti 0.96% də artaraq, bir ton üçün 12 025 dollara çatıb.

Saat 15:18-də isə 12 035 dollar (+1.04%) səviyyəsində qərarlaşıb.

"Bloomberg" agentliyinin yazdığına görə, ABŞ prezidenti Donald Trampın misə rüsumlar tətbiq ediləcəyi ehtimalını səsləndirməsi qiymətlərin yüksəlməsinə təkan verən əsas amillərdən biri olub.

Agentliyin qiymətləndirməsinə əsasən, misin qiymətlərinin artımı davam edəcək, çünki treyderlər mümkün rüsumları qabaqlamaq məqsədilə ABŞ-a daha böyük həcmdə mis tədarük edirlər.

Link kopyalandı!
Son xəbərlər