Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir
İqtisadiyyat
632
13:19, Bu gün

Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir

Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamikası davam edir.

Bu barədə Moderator.az-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyinindən (KOBİA) bildirilib.

Artım KOB-ların sayında, məşğulluqda və əlavə dəyərdəki payında, işçilərinin sayında özünü göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ildə KOB-ların sayı 424 min 437 olub ki, bu əvvəlki illə müqayisədə 5,8 faiz çoxdur. 2023-cü illə müqayisədə ötən il KOB-ların yaratdığı əlavə dəyərin həcmi 3,4 faiz artaraq 21,1 milyard manat təşkil edib. 2023-cü ildə KOB subyektlərində çalışan işçilərin sayı 390 min 800 nəfər olduğu halda, ötən il bu göstərici 417 min 800 nəfər olub. Bu isə 6,9 faiz artım deməkdir. Qeyd edilən artım fonunda KOB-ların məşğulluqdakı payı 45,3 faizə yüksəlib.

Ümumilikdə, son bir neçə ildə ölkə iqtisadiyyatında və məşğulluqda KOB-ların rolunun artması müşahidə edilir. Bu, KOB-ların iqtisadiyyatın dayanıqlı inkişafına daha çox töhfə verdiyini, dövlət tərəfindən KOB-ların fəaliyyətinə göstərilən dəstək tədbirlərinin effektivliyini nümayiş etdirir.

Qeyd olunub ki, ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 99,7 faizini KOB subyektləri təşkil edir.

Link kopyalandı!
Son xəbərlər