Azərbaycan benzini  Ermənistanda hansı ailənin yanacaqdoldurma məntəqələrində satılacaq?
İqtisadiyyat
12035
19 Dec 2025 | 19:19

Azərbaycan benzini  Ermənistanda hansı ailənin yanacaqdoldurma məntəqələrində satılacaq?

Azərbaycan benzinini alan şirkətlərdən biri də "Sil Capital"ın tərkibinə daxil olan "Mega Trade" şirkətidir.
 
Moderator.az xəbər verir ki, bu haqda məlumatı "Aysor" nəşri  yayıb.
 
"Mega Trade" şirkətinin direktoru Karen Ayrian "Azatutyun"-a bildirib ki, onlar Azərbaycan benzini alan iki təşkilatdan biridir və yaxın gələcəkdə bu benzin şirkətə məxsus "Ran Oil" yanacaqdoldurma məntəqələri şəbəkəsində satılacaq.
 
"Mega Trade" hakim partiyadan olan deputat Xaçatur Sukiyasyanın ailəsinə məxsus "Sil Capital"ın bir hissəsidir. Deməli, Azərbaycan yanacağı həmin deputatın yanacaqdoldurma məntəqələrində satılacaq.

Xatırladaq ki, bu gün - dekabrın 19-da günorta saatlarında Azərbaycan mənşəli benzin daşıyan qatar Ermənistan–Gürcüstan sərhədindən keçərək Ermənistana daxil olub. Bu barədə "Facebook" səhifəsində məlumat verən Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bu hadisəni tarixi mərhələ kimi dəyərləndirib...

Link kopyalandı!
Son xəbərlər