Kredit tarixçəsində problem olanlar hansı hallarda kredit götürə bilər?
İqtisadiyyat
514
11:12, Bu gün

Kredit tarixçəsində problem olanlar hansı hallarda kredit götürə bilər?

Azərbaycanda kredit götürənlərin sayı ildən-ilə artır. İnsanlar avtomobil almaq, ev təmir etdirmək, təhsil haqlarını ödəmək və ya gündəlik ehtiyaclarını qarşılamaq üçün banklara üz tutur. Lakin hər kəs kredit götürə bilmir. Bəzən vətəndaşlar rəsmi iş yerinə malik, stabil əməkhaqqı alan və bütün tələb olunan sənədləri təqdim edən halda belə, bank tərəfindən kreditdən imtina edilirlər. Səbəb isə sadədir: onların kredit tarixçəsi bankların “qara siyahısı”na düşüb.
 
Bəs kredit tarixçəsində problem olanlar hansı hallarda kredit götürə bilər?
Moderator.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, qanunvericilikdə bankların “qara siyahısı” anlayışı yoxdur. Onun sözlərinə görə,  kredit götürən şəxslərin kredit tarixçəsi mövcuddur və burada ödənişlərin vaxtında yerinə yetirilib-yetirilməməsi qeyd olunur:
 
“Vətəndaşlar kredit tarixçələrini normal qaydada düzəldə bilərlər. Bunun üçün təklif olunan metodlardan biri aşağı məbləğli kreditlər götürüb onları bir, iki və ya üç ay ərzində bağlamaqdır. Bu, gələcəkdə daha iri məbləğli kredit üçün müraciət etməyə imkan yaradır. Bankı kredit verməməkdə günahlandırmaq düzgün deyil. Kredit vermək bankın hüququdur və bu qərar həm bankın daxili qaydalarına, həm də Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi qaydalar və tənzimləmələrə əsasən verilir”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər