Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələdi
İqtisadiyyat
130
13:03, Bu gün

Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələdi

Mərkəzi Bank 3 bank olmayan kredit təşkilatının - “Finex Kredit”, “Effektinvest” və “Bank olmayan kredit təşkilatı Caspian İnvest” MMC-lərinin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
 
Moderator.az bu barədə AMB-yə istinadən xəbər verir.
 
Belə ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Finex Kredit” Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi 8 000 manat, Bank olmayan kredit təşkilatı “Effektinvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 4 500 manat, “Bank olmayan kredit təşkilatı Caspian İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.
Link kopyalandı!
Son xəbərlər