Mikayıl Cabbarov Zeev Elkin ilə görüşüb
İqtisadiyyat
779
13:04, Bu gün

Mikayıl Cabbarov Zeev Elkin ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan - İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"İqtisadi əməkdaşlığımızın gündəmində olan məsələləri nəzərdən keçirdik. Enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi, Azərbaycan - İsrail Birgə Komissiyasının 4-cü iclasında qeyd edilən prioritet istiqamətlərdə işbirliyi barədə müzakirələr apardıq", - M.Cabbarov bildirib.

 

Link kopyalandı!
Son xəbərlər