19:37
7°C
Bakı
Bu ilin noyabr ayında Azərbaycandan Gürcüstana 2,91 milyon ABŞ dolları həcmində pul köçürülüb.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.
İllik müqayisədə pul köçürmələrinin həcmi 23,21% azalıb.
Ötən ay xaricdən Gürcüstana ümumi pul köçürmələrində Azərbaycanın payı 0,98% təşkil edib.
Gürcüstandan Azərbaycana isə 6,07 milyon ABŞ dolları göndərilib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 34% çoxdur.
Hesabat ayında xarici ölkələrdən Gürcüstana 298,39 milyon ABŞ dolları, Gürcüstandan xaricə isə 36,8 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.