Bizi sosial şəbəkələrdən izləyin:
Dünya iqlim dəyişikliyinə qarşı mübarizədə daha bir mötəbər müzakirə səhifəsini - COP30-u geridə qoydu.
Noyabr ayında 12 gün davam edən qızğın müzakirələrdə Azərbaycan nümayəndə heyəti fəaliyyəti ilə okeanın o tayında da dünyaya özündən bəhs etdirməyi bacardı.
Hələ yayda Almaniyanın Bonn şəhərindəki iqlim müzakirələrində gündəliyi Azərbaycan nümayəndə heyətinin dəstəyi hesabına təsdiqlədən Braziliya Belemdə də COP29 sədrliyinə ümid bağladı.
Azərbaycan COP29 sədri kimi qazandığı təcrübəsi ilə Belemdə planetin gələcəyi ilə bağlı taleyüklü qərarların qəbulunda önəmli rol oynadı. Bəs COP30-da hansı maraqlı məqamlar yaşandı və oradakı müzakirələr Azərbaycan üçün nələrlə yadda qaldı?
Bu və digər suallara Baku TV-nin "COP BAKU" verilişində aydınlıq gətirilib.
Daha ətraflı videomaterialda: