İsraillə turizm əlaqələri inkişaf etdirilir
İqtisadiyyat
139
13:33, Bu gün

İsraillə turizm əlaqələri inkişaf etdirilir

Dekabrın 10-da Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyi və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təmsilçiliyi ilə Azərbaycanın turizm potensialı Təl-Əvivdə keçirilən “New Map” Turizm Sammitində tanıdılıb.
 
Moderator.az xəbər verir ki, sammit çərçivəsində keçirilən və 350-dən çox turizm sənaye nümayəndəsini bir araya gətirən konfransda Azərbaycan Respublikasının İsraildə fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov çıxış edərək iki ölkə arasında turizm əlaqələrinin inkişafı istiqamətində mövcud əməkdaşlıq imkanlarını vurğulayıb.
 
Tədbirin davamı olaraq təşkil olunan turizm festivalında ölkəmizin milli mətbəx nümunələri təqdim edilib.
 
Sammit çərçivəsində İsrailin turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilib.
 
Qeyd edək ki, 2025-ci ilin 11 ayı ərzində İsraildən Azərbaycana səfər edən ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 59 917 nəfərə çatıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər