Mərkəzi Bank “Paysis” MMC-nin bütün ödəniş xidmətlərini dayandırdı
İqtisadiyyat
2258
11 Dec 2025 | 11:10

Mərkəzi Bank “Paysis” MMC-nin bütün ödəniş xidmətlərini dayandırdı

Mərkəzi Bank “Paysis” MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verib.
 
Moderator.az AMB-yə istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsmi açıqlamasına əsasən internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə yanaşı “Paysis” MMC və onun rəhbəri barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlayıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənədək Mərkəzi Bank “Paysis” MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər