SOCAR-ın prezidenti
İqtisadiyyat
141
15:38, Bu gün

SOCAR-ın prezidenti "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
 
Bildirilib ki, görüşdə SOCAR və "Saipem S.p.A." şirkəti arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib.
 
"Saipem S.p.A." şirkəti tərəfindən ölkəmizdə icra edilən layihələr üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub.
 
Eyni zamanda, görüş çərçivəsində qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək növbəti addımlar barədə fikir mübadiləsi aparılıb", - deyə məlumatda qeyd olunub.
Link kopyalandı!
Son xəbərlər