Mərkəzi Bankın valyuta ehtiyatları 11,4 milyard dollara çatıb
İqtisadiyyat
199
13:00, Bu gün

Mərkəzi Bankın valyuta ehtiyatları 11,4 milyard dollara çatıb

Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyir.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı bazarda vəziyyətin ümumilikdə stabil olduğunu bildirir.
 
Bankın faiz dəhlizinin parametrlərinə dair açıqlamasına görə, 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 milyon ABŞ dolları üstələyib:
 
“Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29 faizə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4.3 faiz artaraq 11.4 milyard ABŞ dollarına çatıb”.
 
AMB bildirir ki, valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır:
 
“9 ayda tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 milyard ABŞ dolları və ya ÜDM-in 5.4 faizi məbləğində profisit formalaşıb. CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəli gəlib. Təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmaların dinamikası ötən ilə nəzərən müsbətdir. Mərkəzi Bankın 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır”.
 
Link kopyalandı!
Son xəbərlər