İqtisadiyyat
114
10:53, Bu gün

"Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb" - Şahmar Mövsümov

"Son 6 ildə Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb".
 
Moderator.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük Biznes Forumu 2025” adlı tədbirdə deyib.
 
O bildirib ki 2021-24-cü illərdə Azərbaycanın qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb və ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib.
 
“Eyni zamanda, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparılan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir”, -Şahmar Mövsümov qeyd edib.
Link kopyalandı!
Son xəbərlər