Bizi sosial şəbəkələrdən izləyin:
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2025-ci ilin sonuna Azərbaycanın ÜDM artımını 1.8% səviyyəsində proqnozlaşdırıb.
Moderator.az xəbər verir ki, "S&P"nin hesablamalarına görə, Azərbaycanın ÜDM artımı 2026-cı ildə 1.7% olacaq, 2027-ci ildə 2%-ə qədər sürətlənəcək, 2028-ci ildə isə 2.1%-ə çatacaq.
Beləliklə, 2025-28-ci illərdə Azərbaycanda ÜDM-in ortaillik artımı 1.9% təşkil edəcək.
Məlumatda qeyd edilir ki, Azərbaycanda iqtisadi fəaliyyət ilin ikinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 1.5% genişlənib. Artım, əsasən, qeyri-neft-qaz sektoru tərəfindən təmin edilib.