İqtisadiyyat
485
09:47, Bu gün

"S&P": "2025-28-ci illərdə Azərbaycanın iqtisadi artımı ildə 2% civarında olacaq"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2025-ci ilin sonuna Azərbaycanın ÜDM artımını 1.8% səviyyəsində proqnozlaşdırıb.
 
Moderator.az xəbər verir ki, "S&P"nin hesablamalarına görə, Azərbaycanın ÜDM artımı 2026-cı ildə 1.7% olacaq, 2027-ci ildə 2%-ə qədər sürətlənəcək, 2028-ci ildə isə 2.1%-ə çatacaq.
 
Beləliklə, 2025-28-ci illərdə Azərbaycanda ÜDM-in ortaillik artımı 1.9% təşkil edəcək.
 
Məlumatda qeyd edilir ki, Azərbaycanda iqtisadi fəaliyyət ilin ikinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 1.5% genişlənib. Artım, əsasən, qeyri-neft-qaz sektoru tərəfindən təmin edilib.
Link kopyalandı!
Son xəbərlər